Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyalı ekspertlər fövqəladə vəziyyət rejimini uzatmağı tövsiyə edirlər

Yaponiyalı ekspertlər fövqəladə vəziyyət rejimini uzatmağı tövsiyə edirlər

Tarix: 5 Mart 2021 21:50

Yaponiya hökuməti yanında fəaliyyət göstərən ekspertlər şurası Tokioda və üç qonşu prefekturada fövqəladə vəziyyət rejimini uzatmağı tövsiyə edirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar şuranın fevralın 5-də səhər saatlarında keçirilən iclasında qəbul edilib. Təqribən iki saat davam edən iclasda koronavirusa qarşı tədbirlərə cavabdeh olan iqtisadi bərpa naziri Nişimura Yasutoşi və səhiyyə naziri Tamura Norihisa da iştirak ediblər.

Nişimura Yasutoşi hökumətin fövqəladə vəziyyət rejiminin martın 21-dək uzadılması təklifi və bunun səbəbləri barədə məlumat verib. Bildirib ki, böyük Tokio rayonunda koronavirusa yoluxma hallarının sayı azalsa da, son günlər bəzi yerlərdə artım müşahidə edilib. Qeyd edib ki, həmin rayonlar hökumətin təyin etdiyi dörd pilləli cədvəldə üçüncü səviyyədə qərarlaşıb. Buna görə də yoluxma sayının sabit şəkildə azalması üçün əlaqədar tədbirlərin davam etdirilməsi zəruridir.

Bildirilir ki, ekspertlər şurasının bu təklifi parlament tərəfindən də müzakirəyə çıxarılacaq. Hökumət yanında fəaliyyət göstərən işçi qrup isə gün ərzində yekun qərar qəbul edəcək.


Etiketlər:  Yaponiyalı ekspertlər fövqəladə vəziyyət rejimini uzatmağı tövsiyə edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ