Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rüstəm Orucov erməni rəqibinə uduzdu - YENİLƏNİB

Rüstəm Orucov erməni rəqibinə uduzdu - YENİLƏNİB

Tarix: 6 Mart 2021 18:52

18:51

Cüdo üzrə Olimpiya mükafatçımız Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" yarışında fəxri kürsüyə qalxa bilib.

O, (73 kq) üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edərək bürünc medal qazanıb. 

Qeyd edək ki, martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.

---------
14:53

Cüdo üzrə Olimpiya mükafatçımız Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" yarışında yenidən tatamiyə çıxıb.

Qeyd edək ki, Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) qalib gəlib. Daha sonra rusiyalı Oleq babgoevi üstələyən Orucov yarımfinala yüksəlmək üçün erməni Karapetyanı məğlub etməli idi.

Orucov erməni idmançıya ipponla məğlub olub. 

----------
13:17

Cüdo üzrə Olimpiya mükafatçımız Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" yarışında erməni rəqiblə qarşılaşacaq.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 1/8 finalda Oleq Babqoyevi vaza-ari xalı ilə məğlub edən Rüstəm 1/4 finalda Ermənistan cüdoçusu Ferdinand Karapetyanla görüşəcək.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində Rüstəm Orucov 2016-cı ilin, Ferdinand Karapetyan isə 2018-ci ilin Avropa çempionudur. Bu iki cüdoçu bir neçə dəfə üz-üzə gəlib və Rüstəmin qələbəsi ilə başa çatıb. Sonuncu belə qələbə 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının 1/4 finalında qeydə alınıb.

Onu da bildirək ki, bu gün tatamiyə çıxan güləşçilərimizdən digər ikisi artıq mübarizəni dayandırıb. 81 kq-da Hidayət Heydərov ilk görüşdə turnirlə vidalaşıbsa, Murad Fətiyev ikinci görüşündə burnundan zədə alıb və hakimin qərarı ilə məğlub elan edilib.


Etiketlər:  Rüstəm Orucov erməni rəqibinə uduzdu YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ