Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 yaşlı qardaşını amansızlıqla öldürdü - Zibili atmadığına görə

16 yaşlı qardaşını amansızlıqla öldürdü - Zibili atmadığına görə

Tarix: 6 Mart 2021 14:32

Türkiyənin paytaxtı Ankara şəhərində 16 yaşlı oğlan öldürülüb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Çankaya rayonunda Yıldırım Beyazit Universitetinin tələbəsi olan 20 yaşlı M.K özündən 4 yaş kiçik olan qardaşı K.K-nı amansızlıqla öldürüb. Vaideynlərinin evdə olmadığı vaxt dalaşan qardaşların münaqişəsi daha da kəskinləşib və M.K kiçik qardaşına 11 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

M.K könüllü şəkildə polisə təslim olub.

İlkin araşdırmalar zamanı M.K-nın 16 yaşlı qardaşını zibili atmaq üstündə yaranmış münaqişəyə görə öldürdüyü müəyyənləşib.


Etiketlər:  yaşlı qardaşını amansızlıqla öldürdü Zibili atmadığına görə


RƏYLƏR