Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 20:10
Moskvada kişi 43 kürəkəninin oğurlanmasını və qətlini sifariş verib.
Bu barədə "Moskovskiy komsomolets" xəbər yayıb.
Nəşrin məlumatına görə, dörd nəfər naməlum şəxs kişini evinin yanında tutub döyüblər, elektroşokerlə vurublar, sonra avtomobilə basıb aparıblar.
Bundan sonra o, Krasnoqorsk şəhərinə aparılıb, orada da güllələnib.
İstintaqın məlumatına görə, qətlin sifarişçisi qayınata olub. Artıq o və sifarişin iki icraçısı saxlanılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır, istintaq davam edir.