Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2021 12:32
Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklla kral ailəsi arasındakı gərginlik davam edir.
Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, Markl, bu dəfə eltisi Keyt Middltonu ona aid məlumatları mətbuata yaymaqda ittiham edir.
Böyük Britaniya informasiya vasitələrinə sızan məlumata görə, Meqan sarayda yaşadığı müddətdə işçilərə gün verib, işıq verməyib. Həddən artıq çalışdırmaqla onlara zülm edib.
Buna görə də Markl, saraya gəlin köçdükdən 6 ay sonra bir neçə işçi könüllü olaraq ayrılıb. Onlarla gizlilik müqaviləsi imzalandığı üçün bundan kimsə xəbər tutmayıb.