Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2021 09:16
Belarus Respublikası 30-31 mart tarixlərində koronavirus əleyhinə "Sputnik V" peyvəndinin istehsalına başlayacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Belarus Səhiyyə nazirinin müavini Dmitri Çeredniçenko "ONT TV" kanalına müsahibəsində bildirib.
Nazir müavini qeyd edib ki, fevralın 26-da ilk partiya (15 min ampula) buraxılıb: "Hazırda Rusiyanın Qamaleya adına İnstitutunda peyvəndin effektivlik dərəcəsi yoxlanılır. Mart ayında 500 min doza istehsalı planlaşdırılır".