Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Pfizer” şirkətinin rəhbəri İsrailə buraxılmadı

“Pfizer” şirkətinin rəhbəri İsrailə buraxılmadı

Tarix: 8 Mart 2021 12:50

"Pfizer" şirkətinin baş direktoru Albert Burla İsrailə səfərini təxirə salmalı olub.

"The Jerusalem Post" qəzetinin məlumatına görə, buna səbəb onun COVID-19 əleyhinə vaksinasiya prosesini tamamlamamasıdır. Belə ki, A.Burla koronavirusa qarşı birinci peyvəndi vurdursa da, vaksinasiyanı tamamlamaq üçün ikinci dozanı hələ qəbul etməyib. Məhz bu səbəbdən İsrail tərəfi onu və nümayəndə heyəti üzvlərini ölkəyə buraxmaqdan imtina edib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, səfərin baharın sonunadək təxirə salındığı bildirilib.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu "Pfizer" şirkətilə ölkədə vaksin istehsalı üzrə müəssisənin inşası barədə danışıqlar apardığını bəyan edib. Səfərin məhz həmin danışıqlar çərçivəsində baş tutacağı gözlənilir. 


Etiketlər:  Pfizer şirkətinin rəhbəri İsrailə buraxılmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ