Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarədə qadın sərnişini oturacağa bağladılar

Təyyarədə qadın sərnişini oturacağa bağladılar

Tarix: 8 Mart 2021 14:00

Rusiyada uçan təyyarədə bir qadın sərnişini oturacağa iplə bağlayıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Vladivostokdan Novosibirskə uçan təyyarədə 39 yaşlı qadın sərnişin narkotik maddənin təsiri altında digər sərnişinləri narahat edib.

Bu zaman təyyarə heyəti və digər sərnişinlər qadını iplə oturacağına bağlayıb. Təyyarə eniş etdikdən sonra qadın sərnişin polis tərəfindən saxlanılıb.

Rusiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayaraq bildirib ki, təyyarə havaya qalxdıqdan 15 dəqiqə sonra həmin qadın sərnişin oturacağından qalxaraq, salonda məqsədsiz şəkildə gəzməyə başlayıb.

Daha sonra isə paltarını çıxartmağa çalışan qadına təyyarə heyəti xəbərdarlıq edib. Lakin buna əhəmiyyət vermədiyini görüb, onu oturacağa bağlayıblar.

Milli.Az


Etiketlər:  Təyyarədə qadın sərnişini oturacağa bağladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ