Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dağılan məktəblər bərpa edilir - VİDEO, FOTO

Dağılan məktəblər bərpa edilir - VİDEO, FOTO

Tarix: 9 Mart 2021 13:02

2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması nəticəsində məktəb binalarına da ciddi ziyan dəyib.

Milli.Az Real TV-ə istinadən bildirir ki, düşmənin atəşə tutduğu digər rayonlarda olduğu kimi, Ağdamda da dəyən ziyanın aradan qaldırılması üçün təmir-bərpa işləri davam etdirilir.

Birinci Baharlı qəsəbə tam orta məktəbin binasında təmir-bərpa işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, müharibə zamanı Birinci Baharlı qəsəbə tam orta məktəbində mərmi partlaması nəticəsində 3 sinif otağı dağılmış, korpus binalarının dam örtüyü sıradan çıxmış, məktəbə xeyli ziyan dəymişdi. Artıq dağılmış hissədə hörgü, tavan, döşəmə işləri yekunlaşıb, suvaq işləri görülür. korpusun birinin dam örtüyü bərpa edilib, digərində də iş aparılır. Məktəbdə təmir işlərinin mart ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, müharibə zamanı ermənilərin dinc yaşayış məntəqələrini atəşə tutması nəticəsində ümumilikdə Ağdamda 17 məktəb binasına, 1500 yaşayış evi və obyektlərə ziyan dəyib.

Milli.Az


Etiketlər:  Dağılan məktəblər bərpa edilir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ