Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çörək bahalaşmasın deyə dövlət bu addımı atdı

Çörək bahalaşmasın deyə dövlət bu addımı atdı

Tarix: 10 Mart 2021 10:30

Nazirlər Kabinetinin müəyyən etdiyi həcmdə dövlət ərzaqlıq buğda ehtiyatlarının yaradılması məqsədilə əsasən yerli istehsalçılardan, zərurət yarandıqda isə idxal yolu ilə yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükü sahəsində işlər davam etdirilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, yerli taxıl bazarında unun, həmçinin çörəyin bahalaşması risklərini təhlükəsiz idarə etmək məqsədilə və belə halların qarşısını almaq üçün dövlət ehtiyatı kimi saxlanılan və saxlama müddəti başa çatmış buğdanın qiymət sabitliyinin saxlanılması üçün mart ayının əvvəllərindən istifadəyə buraxılmasına başlanılıb. Nəticədə həmin dövrdə unun topdansatış qiymətlərində heç bir dəyişiklik olmayıb. Dövlət taxıl ehtiyatları hesabına daxili taxıl bazarına müdaxilə süni qiymət artımının qarşısının alınmasına imkan verib.


Etiketlər:  Çörək bahalaşmasın deyə dövlət addımı atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ