Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 09:18
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində növbəti yarışlar keçirilir.
Trend-in məlumatına görə, 5-cİ yarış günündə festivalın proqramında yer alan 6 idman növü (atletika, üzgüçülük, idman gimnastikası, velosiped idmanı, cüdo, tennis) üzrə yarışlar baş tutacaq. Azərbaycan yığması bunların 5-də təmsil olunacaq.
25 iyul
İdman gimnastikası
Fərdi çoxnövçülük, final
Səməd Məmmədli
Atletika
Qızlar, hündürlüyə tullanma, təsnifat
Ləman Hüseynova
Qızlar, 100 m, maneələri dəf etməklə, I mərhələ
Ayana Seyuşeva
Oğlanlar, 800 m, I mərhəl
Vahid Kərimov
Velosiped idmanı
Qızlar, şosse yürüşü
Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova, Gülşən İsmayılova
Oğlanlar, şosse yürüşü
Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Şitov
Üzgüçülük
Oğlanlar, 50 m, sərbəst üsulla, təsnifat
Maksim Petrenko
Oğlanlar, 100 m, batterflyay, təsnifat
Ramil Vəlizadə
Oğlanlar, 200 m, sərbəst üsulla, təsnifat
Maksim Petrenko
Qızlar, 100 m, batterflyay, final
Məryəm Şeyxəlizadəxangah
Cüdo
Qızlar
57 kq, 1/16 final
Aytac Qardaşxanlı - Erika Vauhkonen (Finlandiya)
Oğlanlar
66 kq, 1/8 final
Mətin Rzazadə - Pijus Mikalauskas (Litva) / Elguja Şinçaraşvili (Gürcüstan)
73 kq, 1/8 final
Vüqar Talıbov - Cianis Yauseyenka (Belarus) / Mustafa Həbib (Bosniya)
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin