Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 14:12
Koronavirusa qarşı peyvəndlənmiş Avropa İttifaqı (Aİ) sakinləri bu ilin mayında vaksin pasportları ala bilər.
Sonxeber.net fins.az-a istinadən bildirir ki, bunu Çexiyanın xarici işlər naziri Tomaş Petrjiçek deyib.
O bildirib ki, Avropa Komissiyasında həmin pasportların layihəsi martın 17-dək hazır olacaq.
Vaksin pasportlarında peyvəndin müddəti, növü, eləcə koronavirus testi barədə məlumatlar yer alacaq. Sənədin məlumatları rəqəmsal formatda olacaq və smartfon kimi qurğularda saxlamaq mümkün olacaq.