Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 18:34
"Herta"nın hücumçusu Kşiştof Pyentek etiraf edib ki, onun "Milan"dan ayrılması Zlatan İbrahimoviçin bu kluba qayıtması ilə əlaqədardır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı polşalı hücumçusu müsahibəsində deyib:
"Mənim "Milan"dan ayrılmağımın səbabkarı İbrahimoviçdir. Ardıcıl 5-6 oyunda ehtiyatda oturacağımı təsəvvür edə bilmərəm. İbra oynayanda meydanı yalnız zədələnəndə tərk edir. Onun gəlişindən sonra mən A seriyasında bir neçə görüşdə bir dəqiqə belə oynamadım. Mənə İtaliya kubokunda şans verildi, onda da qol vurdum və bir qolun ötürməsini etdim. Buna baxmayaraq, mən yenidən ehtiyatda qaldım. Ola bilər ki, səbrim çatmadı. Amma həmin məqamda düşündüm ki, "Milan"dan getmək ən doğru qərar olar".
Qeyd edək ki, Polşa millisinin futbolçusu olan Pyentek 2019-cu ilin yanvarında "Milan"a keçib. Cəmi 1 il sonra isə "Herta"ya transfer olunub. O, hazırkı mövsümdə Almaniya çempionatında 24 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib.