Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt şosesində avtoqəza - VİDEO

Sumqayıt şosesində avtoqəza - VİDEO

Tarix: 11 Mart 2021 12:56

Yüksək sürətlə hərəkət edən "VAZ 2107"nin sürücüsü qəza törətdi

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb

Hadisə Bakı-Sumqayıt şosesinin Biləcəri qəsəbəsi ərazisinə düşən hissəsində baş verib. Qəza zamanı 1 nəfər xəsarət alıb.

"VAZ 2107" markalı avtomobilin hələlik adı bilinməyən sürücüsü yüksək sürətlə sağ zolaqdan ötmə əməliyyatı etmək istəyib. İdarəetmədən çıxan avtomobil Samir Məmmədova məxsus "Hyundai" markalı avtomobilə dəyib. Daha sonra "Hyundai" "VAZ 2107"-nin arxa hisəsinə çırpılıb və "Jiquli" aşıb.

Qəza nəticəsində "VAZ 2107"-də olan sürücü xəsarət alıb. Hadisə yerinə DYP xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Sumqayıt şosesində avtoqəza VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ