Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kasetin ixtiraçısı vəfat etdi - FOTO

Kasetin ixtiraçısı vəfat etdi - FOTO

Tarix: 11 Mart 2021 18:00

Bir müddət evimizdə əskik olmayan kasetləri icad edən Lou Ottens, 94 yaşında vəfat edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, 1952-ci ildə Filips şirkətində də işə başlayan Ottens, 1960-cı ildə şirkətin yeni məhsul inkişaf şöbəsinə rəhbərlik etməyə başlayıb.

O ilk dəfə, lentləri kiçik kassetlərdə daşımağın yolunu tapıb. Ottensin ixtirasından sonra digər şirkətlər kasetlərin formatını kopyalamağa başladılar. Bu kəşf əvvəlcə kompakt kaset adlandırıldı, sonra yalnız kaset kimi tanınmağa başladı.

Ottens daha sonra Sony şirkəti ilə kasetlərin dünya miqyasında yayılması üçün bir razılaşma əldə edib.

1986-cı ildə təqaüdə çıxan Ottens bir müsahibəsində "İxtiralarınızla fəxr edirsiniz?" "Xeyr, fəxr etmirəm" deyə cavab verib.

Milli.Az


Etiketlər:  Kasetin ixtiraçısı vəfat etdi FOTO


RƏYLƏR