Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 21:16
Apple eşitməni yaxşılaşdırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə Hearing Study adlı tədqiqat üzərinə işləyir. Tədqiqatın məqsədi toplanan datalardan eşitmə sağlamlığı ilə bağlı problemləri müəyyənləşdirmək və həll yollarını tapmaqdır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Michigan Universiteti ilə birgə həyata keçirilən Hearing Study layihəsi istifadəçilərə texnologiyadan yararlanaraq elmi araşdırmalarda iştirak etməyə imkan verir. İstifadəçilərindən eşitmə sağlamlığı haqqında məlumat toplayan tətbiq, tibbi araşdırmalara ən son məlumatları ötürür. Apple və Michigan Universitetinin bu işindən əldə edilən məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə paylaşılır.
ÜST bu datalara əsaslanaraq 2050-ci ilə qədər 700 milyondan çox insanın ciddi eşitmə problemi ilə mübarizə aparmaq məcburiyyətində qalacağını proqnozlaşdırır.
Apple Hearing Study məlumatlarına görə, respondentlərin 25%-i gündəlik həyatda ÜST-ün tövsiyə etdiyi həddən artıq dərəcədə uca səs eşidirlər. İnsanların 50%-i isə əvvəllər səs-küylü iş yerində çalışıblar. Bundan əlavə, hər 10 iştirakçıdan biri qulaqlıqlarda normadan artıq səs dinləyir.