Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“RBK“: “Qarabağ münaqişəsi bitib“ - VİDEO

“RBK“: “Qarabağ münaqişəsi bitib“ - VİDEO

Tarix: 12 Mart 2021 13:20

Rusiya Televiziyası Qarabağdan xüsusi reportaj hazırlayıb

"Qarabağ münaqişəsi təxminən 4 ay bundan əvvəl bitib. İndi Ermənistan siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da həmrəydir. Bakının mərkəzində azərbaycanlıların qürurla saldıqları Zəfər parkında Qarabağ müharibəsində qənimət götürülmüş erməni hərbi texnikası nümayiş etdiriləcək. Hansı ki, bu yaxınlara qədər həmin tankların lüləyi Azərbaycana tuşlanmışdı. Azərbaycanın hər yerində, "Qarabağ Azərbaycandır!" şüarları yazılıb. Xüsusilə də Bakıda qələbə sevincinin izlərini görməmək mümkün deyil".

Bu fikirlər Rusiyanın RBK telekanalının Dağlıq Qarabağla bağlı hazırladığı "Müharibəsiz Qarabağ" adllı layihəsində yer alıb.

Müəllif ikinci Qarabağ müharibəsinin nəticələri, işğaldan azad edilən ərazilərdə aparılan quruculuq və yenidənqurma işləri, tarixi abidələrin bərpası və qorunması, Azərbaycan Prezidentinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səslənən məsələlərə toxunulub.

Reportajı ərsəyə gətirmək üçün jurnalist çəkilişləri Bakı və Gəncə şəhərləri, Füzuli, Laçın və Xocavənd rayonlarında gerçəkləşdirib.

İlk növbədə reportajda işğaldan azad olunan ərazilərin xarabalığa çevrilməsi xüsusi qeyd olunur. Bildirilir ki yolun kənarında kəndlərin adları yazılmış lövhələr basdırılsa da, kəndlərin özü yoxdur. Ermənilər Qarabağı tərk edərkən, evləri yandırıb, ağacları kəsib. Müharibənin bitməsindən 4 ay keçsə də, Qarabağda həyat qaynayır. Qarabağ döyüş meydanından tikinti meydanına çevrilir, yollar və kommunikasiya xətləri çəkilir.

Fevralın 26-da Azərbaycan Prezidentinin yerli və əcnəbi jurnalistlər üçün təşkil etdiyini mətbuat konfransına qatılan müəllifin Prezidentə "rusiyalı sülhməramlıların Qarabağ ərazisini tərk etdikdən sonra Laçın dəhlizinin taleyi" ilə bağlı ünvanladığı sual da hazırladığı reportajda yer alıb.

Müxbir Laçın rayonuna səfərindən bəhs edərək erməni vandalizminin növbəti qurbanı olan Ağoğlan kilsəsində ətraf ərazilərin dağıdıldığı diqqətə çatdırır. Sonra da Prezident İlham Əliyevin Qarabağdakı xristian dini və mədəni abidələrin layiqincə qorunacağı ilə bağlı fikirlərini xatırladır.

Reportajda azərbaycanlıların ermənilərlə yenidən birgə yaşaya biləcəyi barədə Gəncədə sakinlər arasında keçirilən sorğu təqdim edilir. Buradan belə qənaətə gəlmək olar ki, yaşlı nəsil buna hazırdır. Lakin gənclər ermənilərlə dostluğa ehtiyatla yanaşırlar"deyə reportajda qeyd olunur.

Füzuli rayonunda apardığı şəkilişdə repartyor Füzuli rayonundan bəhs edir və Azərbaycan ordusunun döyüşlərə Füzulidən başladığını diqqətə çatdırır. Bu ərazidə döyüşlərin ağır texnika ilə aparıldığını vurğulayır: "Uzaqda ermənilərin qurduğu müdafiə səngərləri görünür. Füzulidə istehkamçılar və xüsusi təlim keçmiş itlər ərazilərin minalardan təmizlənməsi ilə məşğuldurlar. Şuşa yolunun da minalardan təmizlənməsinə ötən ilin sonundan başlanıb, işlərin yayda başa çatacağı gözlənilir", deyə reportajda bildirilir.

Jurnalist Qarabağda üç aeroportin tikildiyini, Füzulidə bir neçə rayonu elektrik enerjisi ilə təmin edəcək elektrik stansiyasının təməlinin qoyulduğunu, Aeroportdan çəkilən Zəfər yolunun Azərbaycan ordusunun Şuşa doğru irəlilədiyi Qələbə yolu olduğunu diqqətə çatdırır

Reportajı Xocavənddə arapdığı çəkilişilə tamamlayan müəllif sovet dövründə Böyük Tağlar kəndində Qarabağda yaşayan azərbaycanlılarla ermənilərin bir yerdə yaşadıqlarını xatırladır. "İllər əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən doğma kəndindən qovulan azərbaycanlılar 2020-ci ilin noyabrında yenidən öz torpaqlarına geri qayıdıb" deyə Rusiyanın RBK televiziyasında yayımlanan reportajda qeyd olunur .

Milli.Az


Etiketlər:  RBK Qarabağ münaqişəsi bitib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ