Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qar, buz və çovğun səbəbindən Bakı-Şamaxı yolu bağlanıb

Qar, buz və çovğun səbəbindən Bakı-Şamaxı yolu bağlanıb

Tarix: 12 Mart 2021 15:26

Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti xeyli çətinləşib.

Sonxeber.net bildirir ki, hazırda Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən çovğun və buzlaşma nəticəsində çoxlu sayda avtomobil yolda qalıb. Güclü küləyin dağlardan gətirdiyi qar yolun hərəkət hissəsini tamamilə örtüb, buzun üstündə sürüşən avtomobillərin hərəkəti dayanıb. Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları qəzaların baş verməməsi üçün bu gün saat 13:30 radələrindən Bakı-Şamaxı yolunun Qobustanın Nərimankənd kəndi və Şamaxı şəhəri ərazilərində postlar quraraq yolu bağlayıb, nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.

Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir. Lakin, çovğun səbəbindən magistral yolun böyük hissəsini qar və buzdan təmizləmək mümkün olmadığı üçün nəqliyyatın hərəkəti dayandırılıb.


Etiketlər:  çovğun səbəbindən Bakı Şamaxı yolu bağlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ