Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2021 18:40
Azərbaycanın alacağı "Sputnik V" və "AstraZeneca" peyvəndlərinin hazırlanma mexanizmi fərqli olsa da, təsir mexanizmləri eynidir. Onun əlavə təsirləri isə subfebril temperatur, əzələlərdə ağrı hallarıdır.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinin qonağı millət vəkili Müşfiq Məmmədli deyib. O bildirib ki, vətəndaşlara vurulacaq hər 3 peyvəndin bu günə kimi ciddi təhlükəsi müşahidə olunmayıb.
Millət vəkili onu da qeyd edib ki, peyvəndə əhalinin marağının artırılması üçün maarifləndirmə işləri aparılmalıdır:
"Əhali peyvəndləmə prosesində aktiv iştirak etməlidir. Bu məsələ ilə bağlı müxtəlif tendensiyanın olması onu göstərir ki, kütləvi maarifləndirmə işləri aparılmasına ehtiyac var. Normal həyata dönməyin ən effektiv və təhlükəsiz yolu peyvənddir".