Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 10:36
Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinin ilk partiyası çatdırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, vaksinləri daşıyan təyyarə bu gün səhər saatlarında Tbilisi hava Limanına enib. Qonşu ölkə ilk olaraq 43 200 doza "AstraZeneca" vaksini əldə edib.
Qarşıdakı həftələrdə isə Gürcüstanın əlavə 129 600 doza "AstraZeneca" peyvəndi əldə etməsi planlaşdırılır.
Ölkədə vaksinasiyanın martın 15-də başlanması nəzərdə tutulub.