Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 4 yüksək vəzifəli şəxs istefa verdi - ŞOK İDDİA

Azərbaycanda 4 yüksək vəzifəli şəxs istefa verdi - ŞOK İDDİA

Tarix: 13 Mart 2021 11:24

Hesablama Palatasının 7 auditorundan 4-ü istefa ərizəsi yazıb.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bunlar Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır. Firsənd Qurbanov isə hazırda məhbus həyatı yaşayan sabiq nazir Səlim Müslümovun həbsxana yoldaşı olub. İddialara görə, Səlim Müslümov nazir olarkən onu çox vaxt Firsənd Qurbanov audit edirmiş. Müslümov məhz keçmiş məhbus yoldaşının sayəsində "təmizlik kağızı" alırmış.

Hesablama Palatasındakı vəzifəsindən könüllü ayrılan Vaqif Həsənovu isə hakimiyyətdə təmsil olunan bəzi yüksək rütbəli məmurlarla qohumluq telləri bağlayır.


Etiketlər:  Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi ŞOK İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ