Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fermerlər gübrənin tam dəyərini “Fermer Kartı” ilə ödəyə biləcəklər

Fermerlər gübrənin tam dəyərini “Fermer Kartı” ilə ödəyə biləcəklər

Tarix: 13 Mart 2021 14:44

"Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilib. Dəyişikliklərə əsasən, ayrılan subsidiya daxilində alınan gübrə və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən nağd şəkildə ödənilməsi qaydası ləğv edilib.

Kənd Təsərrüfatı Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bundan sonra fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini "Fermer kartı"nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə biləcəklər.

Daha bir dəyişikliyə əsasən, təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılacaq. Fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcək. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilməyəcək.

Qaydalara edilən daha bir dəyişikliyə görə, Aqrar Kredit və İnkişaf Agentliyinin monitorinq və qiymətləndirmə funksiyası genişləndirilib. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən çarpaz, yerüstü müşahidə və yerində müşahidə ardıcıllığı ilə monitorinqlər aparılacaq.


Etiketlər:  Fermerlər gübrənin dəyərini Fermer Kartı ilə ödəyə biləcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ