Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu təhlükədən xəbərdar olun - Olestra nədir?

Bu təhlükədən xəbərdar olun - Olestra nədir?

Tarix: 13 Mart 2021 16:24

Mütəxəssislər tərkibində qədərindən artıq yağ olan qiaların istehlakında diqqətli olmağı tövsiyə edir. Belə qidalarda olestra maddəsi var.

Bəs olestra nədir? Onun hansı zərərləri var?

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, tərkibində çox miqdarda yağ olan qidalarda olestra maddəsi olur. Olestra maddəsi xərçəng riskini artırır. Məhz bu səbəblə mütəxəssislər tərkibində olestra olan qidalardan uzaq dayanmağı məsləhət görürlər.

Olestra qidalara kalori əlavə etməyən, yağ əvəzinə istifadə olunan maddədir. Bu maddə kartof çipsiləri, ədviyyatlı çərəz, kreker kimi yağlı qidaların hazırlanmasında kalori miqdarının azaldılması üçün əlavə edilir.

Olestra maddəsi ilk dəfə 1968-ci ildə Prokter, Mattson və Volpenhin tərəfindən kəşf olunub. 1996-cı ildə bu maddə hazır qidalara yağ əvəzi əlavə edilmək üçün qida təhlükəsizliyi ekspertləri tərəfindən təsdiqlənib. İlk olaraq "WOW" markasının istehsalı olan çipsilərə Frito Lay tərəfindən əlavə edilib.

Elə həmin illərdə olestro maddəsi ishal, şişkinlik, narahatlıq yaratdığı üçün getdikcə populyarlığını itirib. Sözügedən sintetik yağın istehlakı orqanizmin meyvə və tərəvəzlərdən vitamin əldə etməsinin qarşısını alır. Nə qədər əks-təsiri olsa da, marketlərdə satılan yüksək yağlı paketli qidaların tərkibində bu maddə var.


Etiketlər:  təhlükədən xəbərdar olun Olestra nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ