Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaş sakinindən narkotik vasitə götürülüb

Ağdaş sakinindən narkotik vasitə götürülüb

Tarix: 13 Mart 2021 19:14

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər də məhkum olunmuş Əziz Əzizov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan torbada, çəkisi 900 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ağdaş sakinindən narkotik vasitə götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ