Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da COVID-19 əleyhinə 100 milyondan çox vaksin vurulub

ABŞ-da COVID-19 əleyhinə 100 milyondan çox vaksin vurulub

Tarix: 13 Mart 2021 22:52

ABŞ-da koronavirus infeksiyasına qarşı 100 milyondan çox vaksin vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın CDC tibb tənzimləyicisinin məlumatına görə, martın 12-dək ştatlara 133,3 milyon vaksin dozası çatdırılıb və 101 milyon 128 min nəfər peyvənd olunub.

CDC artıq ABŞ əhalisinin demək olar ki, 20 faizinin (66 milyon nəfər) azı bir peyvənd dozası əldə etdiyini, 10,5 faizinin (35 milyon nəfər) isə tam vaksinasiya olunduğunu bildirib.

ABŞ lideri Cozef Bayden prezidentliyinin ilk 100 günü ərzində 100 milyon vaksin dozası vurulacağını qarşısına məqsəd qoymuşdu. Lakin o, bu həftə həmin hədəfin 60 gün ərzində yerinə yetiriləcəyini deyib. Hazırkı 101 milyon rəqəminə Cozef Baydenin hakimiyyətə gəldiyi yanvarın 20-dən öncə vurulan peyvəndlər də daxildir.

Birləşmiş Ştatlarda koronavirusa qarşı peyvəndləmədə cəmi bir dozası kifayət edən "Johnson & Johnson" peyvəndinin də "Pfizer" və "Moderna" preparatlarına əlavə olunması sayəsində vaksinasiya prosesi sürətlənib. Cozef Bayden may ayının sonlarına qədər 18 yaşdan yuxarı bütün amerikalıların peyvənd olunması üçün ölkənin yetərincə vaksin dozası əldə edəcəyini düşünür.

Milli.Az


Etiketlər:  ABŞ da COVID 19 əleyhinə 100 milyondan çox vaksin vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ