Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada karantinə qarşı kütləvi aksiya: 12 polis yaralandı

Almaniyada karantinə qarşı kütləvi aksiya: 12 polis yaralandı

Tarix: 14 Mart 2021 09:44

Almaniyanın Drezden şəhərində pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyaları zamanı azı 12 asyiş keşikçisi xəsarət alıb.

APA "Die Zeit" qəzetinə istinadən xəbər verir ki, icazəsiz aksiyalarda 47 qanun pozuntusu qeydə alınıb.

Yerli polisin məlumatına görə, etirazçılar polisə müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdiyinə görə azı 3 nümayişçi saxlanılıb. 

Nümayişçilər bütün qadağaların qaldırılmasını tələb ediblər.

Qeyd edək ki, Almaniyada pandemiya müddətində 2,5 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb.


Etiketlər:  Almaniyada karantinə qarşı kütləvi aksiya polis yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ