Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanı silkələyən iddia: Sanksiyalara rəğmən Kanada “Bayraktar”lar üçün texnika satıb?

Ermənistanı silkələyən iddia: Sanksiyalara rəğmən Kanada “Bayraktar”lar üçün texnika satıb?

Tarix: 14 Mart 2021 10:22

Kanadanın ölkəyə məxsus texnikanın Azərbaycan - Ermənistan münaqişə zonasında mövcudluğu məsələlərini araşdıran parlament komitəsinə təqdim olunan sənədlərdən birində baş nazir Castin Trüdo hökumətinin Türkiyəyə tətbiq edilən sanksiyaları yardığı qeyd olunub.

Bu barədə "The Globe and Mail" nəşri məlumat yayıb.

Kanada 2019-cu ildə Türkiyəyə bir sıra silah və texnikaların satışına qadağa qoyub. Bunlardan biri də "Bayraktar" PUA-larında tətbiq olunan "L3Harris Wescam" optik texnikası olub. Lakin 2020-ci ildə Kanada Türkiyənin bu texnikadan Suriyada humanitar məqsədlərlə istifadə etdiyi qənaətin gələrək sözügedən cihazın Türkiyəyə satışına istisna hal kimi icazə verib.

Erməni mətbuatı hazırda "Bayraktar" PUA-larında da istifadə olunan "L3Harris Wescam" optik texnikasının sanksiyalara baxmayaraq Türkiyəyə necə satıldığını araşdırmağa cəhd edir.

Görünür, Türkiyənin Kanada ilə NATO müttəfiqi olduğunu və regionda alyansın ən önəmli dayağı olması faktını unudan Ermənistan, dövlət və diaspora səviyyəsində görülən bütün işlərə, hər vəchlə Türkiyənin yoluna əngəl çıxarmaq istəməsinə baxmayaraq, rəsmi Ankaranın bu məsələdə istədiyini almasını həzm edə bilmir. (oxu.az)


Etiketlər:  Ermənistanı silkələyən iddia Sanksiyalara rəğmən Kanada Bayraktarlar üçün texnika satıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ