Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərədə Sarahı yüzlərlə insan anmağa gəldi, polislə qarşıdurma yarandı

İngiltərədə Sarahı yüzlərlə insan anmağa gəldi, polislə qarşıdurma yarandı

Tarix: 14 Mart 2021 11:00

Londonda itkin düşdükdən sonra cəsədi meşəlik ərazidə tapılan Sarah Everard üçün anım mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu zaman polis və iştirakçılar arasında qarşıdurma yaranıb. Buna səbəb isə aksiyanın icazəsiz keçirilməsi olub.

Hazırda Britaniyadakı karantin şərtlərinə görə iki nəfərdən artıq toplaşmaq qadağandır. Buna baxmayaraq S.Everardın xatirəsini yad etmək istəyən yüzlərlə insan bir araya gəlib və bu zaman polis toplaşanlara müdaxilə edib. 

Qeyd edək ki, 33 yaşlı S.Everard martın 3-də dostlarının evindən çıxdıqdan sonra itkin düşüb. Onun cəsədi İngiltərənin Aşford şəhərində meşəlik ərazidə tapılıb. 48 yaşlı polis məmuru Veyn Kuzens Everardın qaçırılması və öldürülməsi ittihamı ilə həbs olunub.

Milli.Az


Etiketlər:  İngiltərədə Sarahı yüzlərlə insan anmağa gəldi polislə qarşıdurma yarandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ