Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quterrişdən Boliviyanın eks-prezidentinin saxlanılmasına reaksiya

Quterrişdən Boliviyanın eks-prezidentinin saxlanılmasına reaksiya

Tarix: 14 Mart 2021 11:22

BMT-nin Baş katibi Antoniu Quterriş Boliviyanın eks-prezidenti Janin Anyesin saxlanılması kontekstində şəffaf məhkəmə icraatının zəruriliyini qeyd edib.

Bu barədə "Qafqazinfo" TASS-a istinadən xəbər verir.

"Boliviyada keçmiş dövlət məmurları və hakimiyyətə qarşı son hüquqi hərəkətlərlə əlaqədar Baş katib lazımi hüquqi prosedurların zəmanətlərinin qorunması və bütün məhkəmə icraatlarının tam şəffaflığının zəruriliyini xatırladır", - məlumatda deyilir.

Daha əvvəl Boliviyanın keçmiş Prezidenti Janin Anyes terrorizm, dövlət xəyanəti və cinayət sövdələşməsi ittihamı ilə saxlanılmışdı.


Etiketlər:  Quterrişdən Boliviyanın prezidentinin saxlanılmasına reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ