Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramos La Liqada ən çox qələbə qazanan ikinci oyunçu oldu

Ramos La Liqada ən çox qələbə qazanan ikinci oyunçu oldu

Tarix: 14 Mart 2021 12:00

La Liqanın 27-ci turunda "Elçe" ilə matç (2:1) "Real"ın kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi görüşdə iştirak etməklə yerli çempionatda  334-cü qələbəsini qazanıb. O, Madrid təmsilçisinin sabiq kapıçısı İker Kasilyası geridə qoyaraq (333), La Liqada ən çox qalib gələn oyunçular sırasında 2-ci yerə yüksəlib.

Bu göstərici üzrə ən yaxşı nəticə "Barselona"nın kapitanı Lionel Messiyə məxsusdur. 33 yaşlı hücumçunun aktivində 377 qələbə var.

Qeyd edək ki, Ramos bu mövsüm La Liqada 15 matça çıxaraq, 2 qol vurub.

Milli.Az


Etiketlər:  Ramos La Liqada ən çox qələbə qazanan ikinci oyunçu oldu


RƏYLƏR