Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Baş nazir Paşinyan prezident olmaq istəyir'' - Politoloq - VİDEO

''Baş nazir Paşinyan prezident olmaq istəyir''  - Politoloq - VİDEO

Tarix: 14 Mart 2021 16:44

Ermənistan Baş naziri Nikol Paşinyan prezident olmaq istəyir və buna görə çalışır ki, Armen Sarkisyanı vəzifədən kənarlaşdırsın.

Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ermənistan Prezidenti Armen Sarkisyan da özünü neytral göstərməsinə baxmayaraq, Paşinyanın vəzifədən uzaqlaşdırılmasına səy göstərir:

"Növbəti aylarda, yəni aprel, may, iyunda Ermənistda siyasi stabillik gözlənilmir. Hərbi çevriliş hallarına cəhdlər mümkün ola bilər. Lakin hesab edirəm ki, İrəvandakı bu vəziyyət Nikol Paşinyanın leyhinə dəyişəcək. O çalışacaq ki, müxalifəti və çevrilişin içində olan Prezident Armen Sarkisyanı vəzifədən uzaqlaşdırsın. Payız aylarında İrəvanda yeni referendum gözlənilir". 

Politoloq onu da qeyd edib ki, müxalifət danışıqlara getmək istəyən Paşinyanın təklifini qəbul etməyəcək:
"Paşinyan çalışır ki, müxalifətlə danışıqlar baş tutsun. Lakin hesab edirəm ki, erməni müxaliflər bunu qəbul etməyəcək. Bundan sonra isə növbəti mərhələdə Paşinyan müxalifətə qarşı siyasi repressiyalara və onların həbsinə çalışacaq". 


Etiketlər:  Baş nazir Paşinyan prezident olmaq istəyir Politoloq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ