Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Arsenal” təcrübəsizdir, “Neftçi” isə...”

“Arsenal” təcrübəsizdir, “Neftçi” isə...”

Tarix: 25 Iyul 2019 14:48

“Arsenal” avrokuboklarda tamamilə təcrübəsiz komandadır, “Neftçi” isə orda daim oynayır. Üstəgəl onlarda yaxşı futbolçular var. Bizim kluba asan olmayacaq. Amma “Arsenal” təəccübləndirməyə adət edib”.

Qol.az-ın xəbərinə görə, bu sözləri tanınmış rus məşqçisi Valeri Nepomnyaşiy Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal” (Tula) – “Neftçi” oyunu ərəfəsində yerli mətbuta söyləyib.

O qeyd edib ki, üç hücumameylli futbolçunu itirmələrinə baxmayaraq, “Arsenal” hazırkı çempionatda öz oyununu tapır: “Hesab edirəm ki, bu cütlükdə şanslar bərəbərdir”.

Xatırladaq ki, “Arsenal” – “Neftçi” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

 


Etiketlər:  Arsenal təcrübəsizdir Neftçi isə


RƏYLƏR