Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 16:46
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə ittifaq dövləti ilə bağlı müzakirələr aparıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Bildirilib ki, prezidentlər ittifaqda dövlət katibi vəzifəsini kimin tutması barədə qərara gəliblər. Tezliklə qərarın açıqlanacağı əlavə olunub.
Qeyd edək ki, Rusiya və Belarus arasında ittifaq dövlətinin qurulması xeyli vaxtdır gündəmdədir.