Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

Tarix: 15 Mart 2021 18:52

Ağdaşda orta məktəblərdən biri koronavirusa görə bağlanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Ağdaş şəhər Bəkir Nəbiyev adına tam orta məktəbdə 2 şagird və bir müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin təhsil müəssisində bu gündən dərs prosesinin distant təhsilə keçirilməsinə dair qərar verilib.

Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 35 şagird və 9 müəllimdə COVİD-19 virusu aşkar edilib.


Etiketlər:  Azərbaycanda daha məktəb koronavirusa görə bağlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ