Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 19:16
Yaponiyanın Norikura dağının yamacında qar uçqunu nəticəsində bir nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, daha iki nəfər qarın altında qalıb, ancaq özləri oradan çıxa biliblər və xəsarət almayıblar.
Yerli hakimiyyətin orqanlarının verdiyi məlumata əsasən, uçqun bu bölgədə güclü qar yağması səbəbindən dağın zirvəsində böyük həcmdə qar yığılması ilə əlaqəli ola bilər.