Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2025 17:26
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanması igid və mətanətli Azərbaycan xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürüdür.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında səsləndirib.
O hesab edib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın böyük potensialının tam şəkildə açılmasına imkan verəcək.