Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 14:20
Paytaxtın Səbail rayonunda Badamdar qəsəbəsində T.Məmmədov küçəsində xüsusi karantin rejim qaydalarına əməl edilməyən çay evi adı altında fəaliyyət göstərən qəlyanxana aşkarlanıb.
DİN Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Səbail RPİ və 41-ci PB əməkdaşları əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı və müştəriləri barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.
Ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.