Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kaliforniyada 3D printerdə çap edilmiş evlərdən ibarət ilk rayon inşa ediləcək

Kaliforniyada 3D printerdə çap edilmiş evlərdən ibarət ilk rayon inşa ediləcək

Tarix: 16 Mart 2021 15:21

ABŞ-ın "Mighty Buildings" şirkəti 3D printerdə çap ediləcək evlərdən ibarət rayonun ilk layihəsini təqdim edib. Bu evlərin hamısı ekoloji cəhətdən təmiz olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Mighty Buildings" şirkəti Kaliforniyada 15 milyon məbləğində rayon inşa etmək üçün robot və 3D printerlərdən istifadə planını təqdim edib.

 

İnşaat texnologiyaları ilə məşğul olan və müxtəlif ölçülü çap evlərin inşası üzrə ixtisaslaşmış ABŞ şirkəti mənzil problemi və davamlı inkişafın həllinə kömək edə biləcək texnoloji həll təqdim edib. Şirkət 40 milyon investisiya cəlb edə bilib.

 

Digər şirkətlərdən fərqli olaraq, Kaliforniyada reallaşdırılacaq layihə dünyada 3D printerdə çap edilmiş evlərdən ibarət ilk rayon olacaq.

 

Emil Hüseynov




Etiketlər:  Kaliforniyada 3D printerdə çap edilmiş evlərdən ibarət ilk rayon inşa ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ