Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"99 milyon dollar müharibə vaxtı buxarlandı" - Koçaryan

Tarix: 16 Mart 2021 19:06

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana qarşı yeni ittihamlar irəli sürüb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Koçaryan "Hayastan" fondunun Ermənistan hökumətinə ötürdüyü vəsaitin yoxa çıxdığını iddia edib.

"99 milyon dollar müharibə vaxtı buxarlandı. Paşinyan bu pulla bağlı hesabat verməlidir. Amma deyirlər ki, pulun hara xərcləndiyini dəqiqləşdirmək mümkün deyil. Bunun qəsdən və ya səhlənkarlıqla edildiyini bilmirəm, amma məhz hökumətin hərəkətləri səbəbindən fondun nüfuzuna ciddi zərbə vurulur", - deyə Koçaryan bəyan edib.

Milli.Az


Etiketlər:  99 milyon dollar müharibə vaxtı buxarlandı Koçaryan


RƏYLƏR