Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 22:24
Xiaomi Türkiyədə test istehsala başlayıb. Bu barədə şirkət rəsmiləri məlumat yayıblar. Bildirilib ki, şirkət Salcomp ilə əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Avcılar ərazisində 30 milyon dollarlıq sərmayə ilə smartfon fabrikini qurub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hər il 5 milyon mobil telefon istehsal ediləcəyi gözlənilən fabrikdə 2000 əməkdaş işləyəcək.
Müəssisənin tam gücü ilə istehsala başlayacağı, yaxud prosesin tədricən baş verəcəyi hələlik məlum deyil. Fabrik üçün paylaşılan son iş elanları isə test mühəndisi kimi sahələri əhatə edir.
Qeyd edək ki, şirkət rəsmiləri işə götürmə prosesində universiteti yeni bitirən və təcrübəsi az olanlara üstünlük verəcəklərini vurğulayıblar.