Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 23:20
Təyyarə ilə Türkiyəyə gedən sərnişinlər martın 15-dən etibarən COVID-19-a nəzarət üzrə elektron anket doldurmalı olacaqlar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, martın 15-dən etibarən Türkiyə DİN-in qərarı ilə ölkəyə giriş üçün kağız anket ləğv olunur, onu elektron formada doldurmaq lazım olacaq: "Yenilik yalnız hava yolu ilə ölkəyə gələcək şəxslərə şamil olunacaq. Türkiyəyə gələn sərnişinlər uçuşa 72 saat qalmış bu ölkənin Səhiyyə Nazirliyinin saytında yerləşdirilən anketi doldurmalı və onu elektron qurğuya yükləməlidirlər".