Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 14:18
Azərbaycan Ordusu artıq Hadrutun mərkəzinə, yaşayış məntəqələrinə qədər gəlib çatmışdı, amma Ermənistan silahlı birləşmələrinin hələ də bundan xəbəri yox idi. Onlar fil yuxusundan ayılanda isə artıq çox gec oldu.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bunu tabor komandiri, mayor Mahir Hüseynov deyib.
O bildirib ki, şanlı ordumuz cənub istiqamətindən sıx meşəliklərlə irəliləyərək Hadrutun mərkəzində Ermənistan silahlı birləşmələri üçün pusqu hazırlamışdı. Elə bir əməliyyat planı qurulmuşdu ki, onlar istəsələr də, istəməsələr də təslim olmaq məcburiyyətində qaldılar.
Mahir Hüseynovun sözlərinə görə, Hadrutun işğaldan azad olunması sanki bir dönüş nöqtəsi oldu. Beləliklə, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərindən sürətli irəliləməyə başladı.
Tabor komandiri əlavə edib ki, Hadrut sıx meşəlik və dağlıq ərazidə yerləşir. Bu isə təbii olaraq döyüş əməliyyatlarını çətinləşdirir, həmçinin, texnikanın hərəkəti üçün də maneələr yaradırdı.
Lakin qəhrəman əsgər və zabitlərimiz peşəkarlıqla piyada şəkildə hərəkət edərək Hadrutu işğaldan azad etdilər.