Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Ermənistana bu qazın ötürülməsinə razılıq verməsilə...

Azərbaycan Ermənistana bu qazın ötürülməsinə razılıq verməsilə...

Tarix: 17 Mart 2021 17:27

"Hesab edirəm ki, noyabr (10-u) bəyannaməsindən sonra bölgədə yeni geosiyasi və iqtisadi reallıqlar formalaşır və bu reallıqlar çərçivəsində şübhəsiz ki, iqtisadi əlaqələr intensivləşməlidir".

Bunu Sonxeber.net-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, postsovet məkanında iqtisadi əlaqələrin dərinləşməsi üçün bu cür münaqişələrə son qoyulmalıdır:

"Rusiya Federasiyasının siyasətindən açıq-aşkar görünür ki, bölgə üzrə həmin siyasət məhz ölkələr arasında münasibətlərin normallaşmasına istiqamətlənib. Rusiya bunda çox ciddi şəkildə maraqlıdır. Çünki faktiki olaraq postsovet məkanında iqtisadi əlaqələrin dərinləşməsi üçün bu cür münaqişələrə son qoyulmalıdır. Və bu münaqişənin ilk olaraq postsovet məkanındakı münaqişələr sırasında sona çatması məqsədilə çox ciddi şəkildə imkan yaradır ki, yeni reallıqlar çərçivəsində Qafqazın inkişaf və sabitlik bölgəsinə çevrilməsi üçün Rusiya aidiyyatı siyasətini apara bilsin. Ona görə bu tip kommunikasiyalarla, enerji daşıyıcılarının çatıdırlması ilə bağlı layihələr bundan sonra daha da intensiv şəkildə reallaşacaq. Ermənistanın bu prosesdən kənar qalması, bu prosesə hansısa maneçilik törətməsi fikrimcə qeyri-mümkündür. Əgər bölgədən uzaq mərkəzlər bu proseslərə maneçilik törədə bilməzsə, onda bölgədəki heç bir dövlət düşünmürəm ki, bu proseslərin əksinə hansısa addım atsın. Çünki bu, bütövlükdə bölgədə yerləşən bütün dövlətlərin maraq dairəsindədir ki, bölgəmizdə sabitlik və iqtisadi, siyasi, sosial-humanitar əlaqələr inkişaf edən bir format yaransın".

E.Məmmədov deyib ki, Rusiya qazının Azərbaycan üzərindən Ermənistana müvəqqəti ötürülməsinə ölkə rəhbərliyi tərəfindən razılığın verilməsi konstruktiv və adekvat addım kimi dəyərləndirilməlidir:

"Düzdür, Ermənistanda müəyyən qüvvələr var ki, güya bütün bu proseslərə maneçilik törətmək istəyir. Amma mən hesab edirəm ki, bu, Ermənistanın daxili auditoriyasına istiqamətlənmiş populist çıxışlardır. Ermənistanda heç bir siyasi qüvvə, lap ən radikal qüvvə olsa belə, bögədə formalaşan yeni reallıqlara qarşı çıxmayacaq, onların əksinə getməyəcək. Bu formalaşan reallıqlar kifayət qədər dayanıqlıdır və mən hesab edirəm ki, Azərbaycan da bu prosesdə həlledici dövlətlərdən biri kimi çıxış edir. Təsadüfü deyil ki, Azərbaycan faktiki olaraq bu qazın ötürülməsinə razılıq verməsilə həm yeni reallıqlarda maraqlı olmasını göstərir, həm də öz çox ciddi siyasi iradəsini nümayiş etdirmiş olur ki, biz dövlət olaraq ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması şərtilə əməkdaşlığa hazırıq. Düşünürəm ki, Azərbaycan bu proseslərin reallaşmasından, regional iqtisadi intierasiyadan çox ciddi şəkildə öz iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin artırılması üçün müsbət dividentlər, faydalar götürə bilər. Ona görə də ölkəmizin Rusiya qazının Azərbaycan üzərindən Ermənistana müvəqqəti ötürülməsinə ölkə rəhbərliyi tərəfindən razılığın verilməsi konstruktiv və adekvat addım kimi dəyərləndirilməlidir. Çünki onsuz da Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, Azərbaycan proseslərdə qalib tərəf kimi çıxış edir və Azərbaycan yeni iqtisadi və geosiyasi reallıqlardan, iqtisadi inteqrasiyadan çox ciddi siyasi və iqtisadi dividentlər əldə edə bilər".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan Ermənistana qazın ötürülməsinə razılıq verməsilə


RƏYLƏR