Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 21:52
Ağ ölüm" olan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə hesab olunub. Xüsusilə gənclər arasında bu bəlaya meyl günü-gündən artır. Sosial partlayışlara sürükləyən bu bəlalı aludəçiliyə azərbaycanlı məşhurlardan da düçar olanlar az deyil. Keçmişdə bir çox meyxana ustalarının, hətta görkəmli qəzəlxan Əlağa Vahidin də təbinin tiryək üstündə kökləndiyini nağıl edirlər.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, narkotik asılılığının qurbanı olmuş, bu bəladan dünyasını dəyişmiş və ya məhbus həyatı yaşamış məşhur sənətçilərlə bağlı araşdırmanı təqdim edir:
Əməkdar artist, gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) uzun müddət narkotikdən istifadə edib. Zaman-zaman mətbuata müsahibələrində bu faktı gizlətməyən məşhur gitaraçı şou-biznes əhlinin 90 faizinin bu asılılığa düçar olduğunu bildirib. Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən Rəmiş bu il yanvarın 28-də dünyasını dəyişib.
Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.
Rep ifaçısı mərhum Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə sənətçinin ailəsi dağılıb. Narkotik maddə satışına görə həbsə düşən repçi bunu etiraf etmişdi: "Millət qarşısında açıq-aşkar etiraf edirəm ki, narkotik istifadə etmişəm. Bir qələtdir, səhvdir etmişəm". Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında avtomobil qəzasında dünyasını dəyişib.
Daha bir repçi Anar Nağılbazın da uzun müddət bu bəlaya aludəçi olduğu deyilir. O, isə mətbuata açıqlamalarında narkotik vasitədən istifadə etmədiyini deyib:
"Rəhmətlik Hüseyn Dərya və Elşad Xose bizim sənət haqqında belə pis fikir yaratdılar ki, bunların işi-peşəsi elə bundan ibarətdir".
Reper Dado (Səid Əliyev) 2015-ci ildə eyni səbəbdən saxlanılıb.
Mərhum müğənni Elçin Cəlilovun da narkotik asılılığı səbəbindən dünyasını dəyişdiyi iddia olunur.
Şou-biznesin tanınmış meyxanaçılarından olan Əlislam Dağlı yüksək dozalı narkotik maddə qəbul etdiyi üçün dünyasını dəyişib.
İçki içməklə arası olmayan mərhum meyxanaçı Bayram Kürdaxanlı da narkotik maddə aludəçisi olub. O, buna görə bir müddət məhbus həyatı yaşayıb. Mərhum meyxanaçı Bayram Kürdəxanlı bunu peşəsi üçün ilham vasitəsi saydığına görə istifadə etdiyini söyləmişdi. Bayram Kürdəxanlıya narkotik istifadəsinə gorə 14 noyabr 2014-cü ildə 1 il həbs cəzası verilib.
Narkotik maddələrdən istifadə etdiyi üçün həbs olunanlar sırasında əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov da var. O, narkotikdən istifadəyə görə 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Məşhur meyxanaçı Mahir Cürət 2016-cı ildə Sumqayıt 1-ci polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutularaq 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Məşhur idmançımız Aqşin Salmanov da 2018-ci ilin yanvar ayında narkotiklə tutularaq həbs olunma ilə cəzalandırılıb.