Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 13:42
Milli Azərbaycan Tarixi Muzeyində çoxsaylı tarixi əşyalar və materiallar sərgilənir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, muzeydə qorunub-saxlanılan dəyərli eksponatlar həm də dövlətçiliyimizin əzəmətindən xəbər verir. Burada Azərbaycanın bütün dövrlərinə aid materiallar qorunur. Lakin onlardan bəziləri var ki, həm dövlətçilik tariximiz, həm də bu günümüz üçün xüsusi əhəmiyyət kəsb edir.
Bəzi eksponatların Milli Azərbaycan Tarixi Muzeyinə gəlib çatmasının maraqlı tarixçəsi var...
Xanlıqların süqutu zamanı rus ordusu tərəfindən hərbi qənimət kimi götürülən əşyalar Cümhuriyyət dövrünə qədər Tbilisidə açılan Hərbi Qafqaz Tarixi Muzeyində saxlanıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra isə həmin eksponatlar dövlət tərəfindən tələb olunub və aid olduğu yerə - Vətənə qaytarılıb.
Muzeyin direktor müavini Sevinc Vahabova mövzu ilə bağlı danışıb və qarşıdakı planlar barədə məlumat verib.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: