Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2021 18:40
Fransada çıxış edən türk futbolçuların milli komandaya qoşulmaq üçün ölkələrinə getməsinə icazə verilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, futbolçular klublarıyla danışıb və milliyə qoşulmaq üçün icazə alıblar.
Türkiyə Futbol Federasiyası "Lill"də çıxış edən Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik və Liqa 2 təmsilçisi "Le Havre"də oynayan Umut Meraş üçün təyyarə göndərəcək. Bu futbolçular milli komandanın qarşıdan gələn 3 oyunundan sonra yenidən xüsusi təyyarə ilə Fransaya qayıdacaqlar.
Xatırladaq ki, Fransa Peşəkar Futbol Liqası koronavirus pandemiyasına görə Liqa 1 və Liqa 2-də çıxış edən Avropa Birliyinin üzvü olmayan ölkələrin futbolçularına öz ölkələrinə getməyə məhdudiyyətlər qoyub.
Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsinin Niderland (24 mart), Norveç (27 mart) və Latviya (30 mart) ilə qarşılaşacaq.