Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliyalı alimlər dəri hüceyrələrindən insan embrionunun ilk modelini hazırlayıblar

Avstraliyalı alimlər dəri hüceyrələrindən insan embrionunun ilk modelini hazırlayıblar

Tarix: 19 Mart 2021 21:52

Avstraliyalı professor Xose Polonun rəhbərlik etdiyi tədqiqatçılar qrupu dəri hüceyrələrindən insan embrionunun ilkin inkişaf mərhələsində ilk modelini yaradıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avstraliyanın Melburn şəhərində yerləşən Monaş Universiteti məlumat yayıb.

Bildirilir ki, müxtəlif ölkələrdən olan alimlər qrupu dəri hüceyrələrini üçölçülü hüceyrə strukturu şəklində yenidən proqramlaşdırıblar və o, morfoloji və molekul səviyyəsində embrionun ilkin həddinə bənzəyir.

Qeyd edilir ki, yaradılan yeni model alimlərə, xüsusən insanın embriogenezinin ilkin hədlərini və sonsuzluğun səbəblərini araşdırmağa imkan yaradacaq.


Etiketlər:  Avstraliyalı alimlər dəri hüceyrələrindən insan embrionunun modelini hazırlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ