Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO

Tarix: 20 Mart 2021 09:24

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, bol sevincli və xoşbəxt anlar arzulayıram. Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, etimadınıza, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğma və yaxınlarına səbir versin.Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!"


Etiketlər:  Birinci vitse prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ