Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 11:34
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 422 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 277 218 nəfərə, ölənlərin sayı isə 3 691 nəfərə çatıb.
Virusa yoluxanlardan 269 784 nəfərin sağaldığı bildirilir.