Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 15:36
Ərəblər ov etmək üçün Azərbaycana gəliblər. Onlar bu məqsədlə Acınohur çölünə yollanıblar.
Sonxeber.net musavat.com-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Ərəblər orada quş ovlamaq üçün göyərçinə işgəncə verib. İddia olunur ki, onlar ərazidə şahin quşları vasitəsilə ov ediblər.
Qeyd edək ki, Azərbaycanda ov mövsümü fevralın 28-də başa çatıb.
Görüntüləri təqdim edirik: